Dərmanlar dərmanı havası, suyu,
Çılpaq qayaların yağışmı yuyur.
Tənha qaldığını anlayır, duyur
Ürəyim o gözəl guşədə qaldı,
Mənli xatirələr Şuşada qaldı.
Yarəb, düşmənimiz olsun bağrı qan,
Kimsəsi qalmasın əlindən tutan.
Səsimi eşitsin uca Yaradan,
Əksimiz ayna tək şüşədə qaldı.
Mənli xatirələr Şuşada qaldı.
Həsrətdən az qalır ürəyim yana.
Nəfəsim tıncıxa, ruhum dayana.
Görən salamatmı yaşıl Topxana,
Qaragöz ceyranlar meşədə qaldı.
Mənli xatirələr Şuşada qaldı.
26.10.2017
Kayıt Tarihi : 29.4.2018 16:38:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!