Fərəh hissim hey talanıb,
Vüsalıma su calanıb.
Sinəm ustdə od qalanıb,
Kim ocağı körükləyib.
Aciz qalma söz önündə,
Dərdi-qəmin döz önündə.
Su pərisi göz önündə
Saçlarını hörükləyib.
Tək sənə ad olan könlü,
Kədərə yad olan könlü.
Həmişə şad olan könlü,
Hicran qəmə sürükləyib.
Kayıt Tarihi : 30.6.2018 13:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!