Arzuları çağladacaq.
Yollarını bağladacaq.
Dinləyərsən ağladacaq.
Könül nəğməm şur ladında.
Sonu bitməz qəm ilinin,
Ağı-qarası bilinir.
Dostum, nakam sevgilinin
Dərd duyular fəryadında.
Dənizin göy aynası var,
Öz məhəbbət dünyası var.
Bəzən tanış siması var,
Rasta gələn hər yadın da.
Xilqətində qürur olar,
Xislətində şüur olar.
Qaya kimi məğrur olar,
Kişilik var ər qadında.
Kayıt Tarihi : 23.12.2021 07:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/23/sur-ladinda.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!