Sumudur,allah Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Sumudur,allah

Nədən aralığa ayrılıq salıb,
Vüsalı sevdadan əbədi çalıb.
Qaranquş yuvasın qarğalar alıb,
İlahi ədalədət bumudur, Allah

Ruhumun dediyin ürəyim etməz,
Qaranlıq səhnələr gözümdən getməz.
Bu qanlı torpaqda qanqal da bitməz,
Axan göz yaşları sumudur,Allah.

Həsrətin rəngini sezən damarlar,
Qanı daşımaqdan bezən damarlar.
Dözməyib partlayır bəzən damarlar,
Ürəyim kədərin şumudur,Allah.

Nə olar, xoş gətir hər ayı,ili,
Günbəgün azalsın Arazın lili.
Mənə gəl-gəl deyir dəniz sahili,
Hisslərim mirvari qumudur,Allah.

Buz tutub vüsalın səkisini də,
İtirib əvvəlki çəkisini də.
Əsirgə bizlərdən ikisini də,
Ayrılıq həsrətin tumudur, Allah.
Sumudur,Allah

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 06:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!