Bir az ilıq təbəssümün,
Bir az şuluq təbəssümün.
Bəyaz. qılıq təbəssümü,
Məni tarimar edənim.
Qurulmadı taxtım belə,
Quş tək uçur vaxtım belə.
Neynəyim ki baxtım belə,
Qayıtmaz oldu gedənim.
Həsrət hicrə kefil oldu,
Tənha qaldı, səfil oldu.
Ayrılıq çox qəfil oldu,
Bilinməyir ki nədəni.
Demirəm ki qiybətləşək,
Bir azacıq qiymətləşək.
Gəl oturub söhbətləşək
Həm səmimi,həm mədəni.
Sındırma parlaq şüşəni,
Pis kəsər yerə düşəni.
Görürsənmi bənövşəni,
Tir-tir əsir gül bədəni,
Kayıt Tarihi : 25.7.2021 06:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!