Bax, gözəl peyzaj verir,
Yeddi rəng miraj verir.
Dünyaya mesaj verir,
Daim sülhün şəfəqi.
Işığını gur edər,
“Segah” edər, “Şur” edər.
Qaranlığı nur edər
Dostum,sübhün şəfəqi.
Ay yuxudan doyanım,
Səninlə bir oyanım.
Günəş rəngə boyanıb,
Sarı zülfün şəfəqi.
Görüş hicrə çaradır,
Xarüqələr yaradır.
Özü tək qapqaradır,
Gör ki zülmün şəfəqi.
Bağrım başı sökülər,
Gözümdən yaş tökülər.
Yeraltına çökülər,
Yəqin ölmün şəfəqi.
Kayıt Tarihi : 8.1.2023 16:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!