Uçur göyərçinlər, sülhün quşları,
Dünyaya səadət bağışlamağa.
Heç kəsdən bir sağol gözləmir onlar,
Ehtiyac duymayır alqışlanmağa,
Gör necə səmimi ürəkləri var,
Kiçik ürəklərə dünya yerləşir.
Quşlar məqsədinə çatmasalar da,
Bir sonsuz inamla sülhə birləşir.
Uçur göyərçinlər sülh deyə-deyə,
El-aləm quşlara həsəd aparır.
Zavallı bizlərsə bilmirəm niyə,
Sülh adı gələndə savaş axtarır.
Kayıt Tarihi : 2.2.2019 21:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!