Sulduzum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sulduzum

Atasının bir dənəsi,
Anasının dürr danəsi,
Sevər, əzizlər nənəsi,
Babanın şəkəri, duzu
Sulduzum.

Sərrast deyər sözlərini,
Alışdırar közlərini.
Yerə dikməz gözlərini,
Seyr edər göydə ulduzu,
Sulduzum.

Yolunu gözlər ocaqlar,
Darıxmırmı künc-bucaqlar?
Oğlum, məni bərk qucaqla,
Tez ərisin qarım, buzum
Sulduzum.

Sən Elgizin qardaşısan,
Yaxın dostu, sirdaşısan.
Dünyamızda çox naşısan,
Mənim körpə, dəcəl quzum.
Sulduzum.

Fərəhimin xəyalısan,
Utancaqsan, həyalısan.
Ayaqları sayalısan,
Artsın günü-gündən ruzum,
Sulduzum.
14.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu