Qismətindir alabaxta gözəllik,
Uçub gedər yaxın vaxta gözəllik.
Tərk edəcək səni saxta gözəllik,
Zalım, adın əməlinlə uyuşmur,
Dizindən də yuxarıdır al donun,
Geyinirsən hər gün təzə fasonu.
Söhbətinin nə əvvəli, nə sonu,
İki sözün bir-biriylə tutuşmur.
Azca danış,başqasına ver aman,
Yoxsa olar sonunda halın yaman.
Şükr edirəm Allahıma hər zaman,
Nə yaxşı ki yaxşı pislə qovuşmur.
15.06.2019
Kayıt Tarihi : 18.6.2019 19:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!