Sevgi qaldı tacu-taxtsız,
Gecikmişdi tale baxtsız.
Yenə də qar yağdı vaxtsız,
Fələk məndən şübhələndi.
Ayrı-ayrı döyünsə də,
Ayrılıqdan deyinsədə,
Hərb paltarın geyinsə də,
Sonda yer-göy sülhə gəldi.
Üfüqlərdə qan töküldü,
Uzaqlarda can çöküldü.
Birdən-birə dan söküldü,
Zülmətimə sübh ələndi.
Kayıt Tarihi : 19.6.2018 07:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!