Zəhər dadar balım, dünya.
Tökülübdür kalım, dünya.
Axı nədən zalım dünya,
Döndü vüsal oğrusuna.
Qəlbdə sevgi yaşadıriq,
Dərd yelinə üşüdürük.
Hər cür yalan eşidirik,
Mat qalırıq doğrusuna.
Üzü dönsün bu fələyin,
Qəlbdə qaldı hər diləyin.
Çiynimdəki cüt mələyin,
Dözüm sual-sorğusuna.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:54:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!