Nə gəlirsən gecə-gecə,
Almayırsan vecə-vecə.
Kəlamları incə-incə
Endirirsən sözüm üstə.
Həsrətinlə barışıram,
Xatirənə qarışıram.
Soyumağa çalışıram,
Benzin tökmə közüm üstə.
Dastan oldu Əsli-Kərəm,
Qovuşmadıq .Vəsli kəməm.
Bilirsən ki əsirgəməm
Nə istəsən gözüm üstə.
Izn ver, xatirən qalsın,
Qəlb telimi hərdən çalsın.
Üstünü qar-yağış alsın,
Ayaq qoyma izim üstə.
Atam-anam əzəl şerim,
Yanlarında məzar yerim.
Qəbirləri ocaq-pirim,
Sürünərəm dizim üstə.
Kayıt Tarihi : 17.10.2021 16:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!