Arayıb axtarar, külümü tapmaz,
Günəş də isitməz közüm önündə.
Mənim ən sevdiyim gülümü tapmaz,
Əğyar da əriyər sözüm önündə.
Bilirsən, vüsalı təkcə qoymadım,
Yad-yalan sözlərə daha uymadım..
Hicranın maskasın nahaq soymadım,
Kölgəsi arxamda, özüm önünüdə.
Həsrətin odunda durammazsan ki,
Uçan eşq sarayın qurammazsan ki,
Düz, hamar yolumu burammazsan ki.
Daş da tab gətirməz dözüm önündə.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!