Sözüm, Ata Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sözüm, Ata

Gəlib çatdın son mənzilə,
Sənə qurban özüm, ata.
Hansı əl göz yaşım silər,
Sənə qurban özüm, Ata.

Yoxluğuna inanmıram,
Sədaqətdə sınanmıram.
Ayrılığı danammıram,
Közərəcək közün, Ata.

Hiss etmirəm, yaram isti,
Acı yellər bizə əsdi.
Ölüm qarşımızı kəsdi,
Hicran oldu bizim, Ata.

Ölüm vüsala yetsə də,
Qəbrin üstdə gül bitsə də.
Hamının izi itsə də,
Itməyəcək izim, ata.

Sənsiz çətin dayanaram,
Şam təkin oda yanaram.
Həmişə səni anaram,
Budur sənə sözüm, Ata.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!