Eh, bu nə zəmanə, eh, bu nə devr,
Həqiqət özü də yalanı sevir.
Sən məni ağappaq mələyə çevir,
Nə sarı, nə də ki boz olum,Allah.
Qaraya boyanmış naxşı sına da,
Fələyin ürəyi yaxşı sına da.
Istərsən yaxşının yaxşısına da,
Özün bildiyin tək yoz,olum,Allah.
Ölümü yaxına qoymazsan mənə,
Sözü pıçıldarsan, doymazsan mənə.
Bilirəm, özün də qıymazsan mənə,
Ayaqlar altında toz olum,Allah.
Kimsəyə yoxdur heç kin-nifrətim də,
Hamıya bəllidir məhəbbətim də.
Bir an azalmasın hərarətim də,
Sönməyən ocaqda köz olum, Allah.
Dünya bir okean, mənsə bir inci,
Mənəm kainatınn sakiti, dinci.
Ucaya qaldır sən adım Sevinci,
Dillərdə ən şirin söz olum, Allah.
Kayıt Tarihi : 22.5.2020 07:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!