Söz kesib Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Söz kesib

Ey insanlar,bu qəmi məndən alın,
Aramıza keçilməz körpü salın.
Qaçırsam da başaçıq,ayaqyalın
Sənə doğru yollarımı köz kəsib.

Oxunmaqdan qəlb dəftərim cızılsa,
Göz yaşlarım axıb-axıb durulsa,
Ümidlərim çilik-çilik qırılsa,
Demək kimsə cadu edib,göz kəsib.

Nədən yenə qəm qoxuyur bu hava,
Aralıqda qaldı vüsal binəva.
Axır sülhnən bitən oldu bu dava,
Qılıncımın qabağını söz kəsib.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu