Söz içinde Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Söz içinde


Sevgi təkcə deyil nəşə,
Qüssə yaşar göz içində.
Özün düşdün bu atəşə,
Günahkarsan, döz içində.

Sevdam könül əmanəti,
Unut kini, ədavəti.
Gülüm, haqqı-ədaləti
Axtar ancaq öz içində.

Sevinci az, qəmi bolam,
Kaş yenə də sənli olam.
Yollar yaman dolam-dolam,
Yenə azdım söz içində.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu