Söz axarı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Söz axarı

Fərəhi anında haqlayammadım,
Ətrini doyunca qoxlayammadım.
Quş tək uçub getdi, saxlayammadım
Zamanı buraxdım öz axarına.

Çoxdan yatmış vülkan birdən oyandı,
Hər tərəf qırmızı rəngə boyandı.
Fələk zülümündən məgər doyandı?!
Yamanca düşmüşəm köz axarına.

Tale də üzümə qabarır yəni,
Xatirən özümdən qoparır məni,
Haraya, hayana aparır məni,
Qoşulub gedirəm söz axarına.
01.05.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu