Arar o çağlar məni,
Soyuq ocaqlar məni.
Getsəm qucaqlar məni,
Üstüməcə yürüyüb.
Heyranam öz-özümə,
Bunca səbrə, dözümə.
Görünməyir gözümə,
Dörd yanın sis bürüyüb.
Uca dağ başı qardı,
Ətrafı tərlan, sardı.
Kənddə bir bulaq vardı,
Görən suyu quruyub?
Kayıt Tarihi : 30.12.2019 06:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!