Taxta söyüd ağacısan,
Bar verməz.
Saxta öyüd ağacısan,
Ar bilməz.
Zəmanənin gedişində
Gizləndin sən.
Yoxuşunda, enişində
Izləndin sən.
Bax özünə. Varmı güzgün,
Eh, çətin ki bu halından
sən olarsan məlul, üzgün.,
Deyimimin nə faydası,
Geyiminin nə qaydası, qanunu var.
Sanki sənə baş əyməli bu daş-divar.
Təbiətin ən amansız oyununda
Yeri vardır canavarın, qoyunun da.
Bir azacıq yemə talib
Çaqqal da sən, tülkü də sən.
Az qalır ki görənləri ürküdəsən.
Acı sözdən hirslənirsən,
Ah, əcaib görsənirsən
Alabəzək kürküdə sən.
Sən ki donu açılmamış,
Axır, sonu qaçılmamış
Qar adamsan.
Xar adamsan.
Əriyərsən gilə-gilə,
Azadlığa gülə-gülə
Bürküdə sən.
İnsanlığın ən acizi, bərki də sən
Çətin bir də dostluğuma
sən özünü bərkidəsən.
Dünyamızı tərk edəsən...
Kayıt Tarihi : 5.12.2021 18:01:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!