Yenə bahar gələ,güllər yarışa,
Min cür ətir bir-birinə qarışa.
Dərdimi danışdım dosta-tanışa,
“Gedib öz yarına söylə”-dedilər.
Bu eşqi yaman çox gördülər nədən,
Kədəri qəm ilə hördülər nədən.
Ayrılıq gülünü verdilər nədən,
“Ürəyın dolusu iylə”-dedilər.
Dar gündə dostunu axtarır ürək,
Onun harayına yetişmək gərək.
Çətində bir kimsə etmədi kömək,
“Özün nə bilirsən eylə”-dedilər.
Kayıt Tarihi : 14.6.2018 19:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!