Dağların başından duman süzülsə,
Qəlbimdən bir arzu, güman süzülsə
Qarşına qaşları kaman düzülsə,
Mənimi seçərsən ya onu, söylə.
Sən ey gidi dünya, təməldən dağıl,
Gecə də, gündüz də danışdın nağıl.
Yalanın qoymadı başımda ağıl.
Varmıdır nağılın bir sonu, söylə.
Bəzən qınayıram özüm-özümü,
Taleyim çox gördü mənə dözümü.
Ah, çəkə bilmirsən ondan gözünü,
Parlaqmı rəqibin zər donu, söylə.
Deyən kökdən düşmüş qocaman taram,
Uca dağ başında buzlaşmış qaram.
Danışır bizimlə hey aram-aram,
Gözəlmi sevdanın səs tonu, söylə.
Bu dünya gedəcək deyəsən böylə.
Kayıt Tarihi : 27.3.2022 08:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!