Soydun, ezizim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Soydun, ezizim

Şəlalə tək zirvələrdə çağladın,
Göz yaşını sel edib də ağladın.
Ümidimin qapısını bağladın,
Açarını harda qoydun, əzizim.

Qocalmısan, itirmisən özünü,
Yel əssə də alışdırmaz közünü.
Gözəl görsən tez yumursan gözünü,
Gözəllikdən nə tez doydun, əzizim.

Günəş çıxıb, gün vurası könlümü,
Çiçək atıb gül vurası könlümün,
Ətirliydi gül libası könlümün,
Al tülünü nədən soydun, əzizim.

Sevinc Arzulu
Kayıt Tarihi : 24.4.2018 18:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu