Ayımı günümü sənə vermişəm,
Səsimi, ünümü sənə vermişəm.
A zalım, gülümü sənə vemişəm,
Barı külək ilə sovurma onu.
Körpə böyüyərmi isti qucaqsız?
Dünya çox nəhəngdir.Ucsuz-bucaqsız.
Elə yandırırsan odsuz-ocaqsız,
Barı ürək ilə qovurma onu.
Hərdən ağlamaq da gərək insana,
Göz yaşı dönəcək yenə leysana.
Yuxa bişirirsən deyən ehsana,
Barı dilək ilə yoğurma onu.
Kayıt Tarihi : 1.6.2021 05:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!