Sorğulama Olanları Şiiri - Elsever Husey ...

Elsever Huseynoglu
04.12.1987 Borçalı, Başkeçid (Gürcüstan, Dmanisi)
7

ŞİİR


0

TAKİPÇİ

Sorğulama Olanları

Sorğulama Olanları

Dərd eyləmə dəli könül,
Bu dünyanı, olanları
Köksümü incitmə könül,
Həzm elə gəl olanları!

Gedən gedib, bitibdir day,
Ox gedibdir, çəkilib yay,
Öz-özünə söylə lay-lay,
Sorğulama olanları!

Barış acı taleyinlə,
Nə edərsən tək əlinlə?
Asıb-kəssən də dilinlə
Dəyişməz ki olanları?!

Acılama dostu-yadı,
Bil ki, ölümlü dünyadı.
Düşün, sənə nələr qaldı,
Çalxalama olanları!

Lazım deyil ki, fəlsəfə,
Qoyuram sözləri səfə,
Çəkil ki, düşmə hədəfə,
Doğrula sən olanları!

Qəhər boğsa, yansa sinə,
Dünya dönsə də tərsinə,
Getmə Rəbbinin əksinə,
Sorğulama olanları!

Elsever Hüseynoğlu
Bakı~26/02/2020

@derin_dushunce

Elsever Huseynoglu
Kayıt Tarihi : 28.2.2020 01:28:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Elsever Huseynoglu