Sonuncu yarpak Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sonuncu yarpak

Küləklər,hicranı qismətdən calın,
Ayrılıq nəğməsin havayı alın.
Gəzdim çöl-çəməni ayağı yalın,
Payızda görüşdük səninlə bir də.

Səslənir kamanda hicran bəstəsi,
Eh, sənsiz olmuşam ürək xəstəsi.
Gözlərsən əlində çiçək dəstəsi,
Payızda görüşdük səninlə bir də.

Sən demə vüsalın yox imiş tayı,
Işıqlı edirmiş gecələr ayı.
Həsrətdə qaldıq biz baharı, yayı.
Payızda görüşdük səninlə bir də.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2020 10:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu