Sonu var kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sonu var kimi

Zamanın nəbzini tuta bilmədim,
Istehza elədi dost-tanış mənə.
Neynim, vicdanımı sata bilmədim,
Torpaq yer verəcək on qarış mənə.

Vüsalın göz yaşı kədərim-qəmim,
Həsrətin gülüşü əsəb oynadır.
Yenə də şeirdir könül həmdəmim,
Ayrılıq acımdan niyə doymadı.

Çalış, ləkələmə bir ömür boyu.
Tərtəmiz, pak olsun sevgin qar kimi.
A dünya, qapqara libası soyun,
Bu dəli həsrətin sonu var kimi...
22.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 3.4.2019 16:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu