Sonu var kimi. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sonu var kimi.


Qış gələ də, sevirəm,
Qar ələdə. Sevirəm.
Mən hələ də sevirəm,
Səni ilk bahar kimi.

Bu qaranlıq gecədə,
Qəm gəlməyir vecə də.
Gör ürəyim necə də,
Əsir ruzigar kimi.

Həsrətə dözməyirəm,
Aralı gəzməyirəm.
Oturub gözləyirəm,
Hicrin sonu var kimi...

Sevinc Arzulu
Kayıt Tarihi : 6.12.2018 07:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu