Ayrılıq növbəti şerini deyir,
Qorxuram.İçim də içimi yeyir.
Baharda ağaclar yaşıl don geyir,
Ilahi, payızda donu solacaq.
Məhəbbət əzəldən vəslin baş tacı,
Əhd-peyman bir doğru sözün möhtacı,
Yenə pırpızlanıb söyüdün saçı,
Ilahi, küləklər onu yolacaq.
Masmavi buludlar bəyaz qar atdı,
Ağ libas geyindi qara qaraltı.
Səmanın üzünü ay da qaraltdı,
Könlümə qorxulu konu dolacaq.
Bağımda yenidən bülbüllər ötər,
Alaqlar, tikanlar əbədi itər.
Bu qədər acılar çəkdiyim yetər,
Ilahi, həsrətin sonu olacaq?
Kayıt Tarihi : 5.1.2021 16:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!