Ötüb keçər gəncliyimin qatarı,
Kim saxlayar yarı yolda onu, hey.
Qalmayıbdır ürəyimin tutarı,
Deyən gəlib həyatımın sonu, hey.
Yavaş- yavaş bənizim də saralar,
Vəslə gedən yollarım da daralar.
Mavi səmam lal həsrətdən qaralar,
Külək geyər yaşıl çinar donu, hey.
Nədən əsir yenə həsrət nəsimi,
Göz yaşlarım qəm çölünün bəsimi.
Görməsələr tanımazlar səsimi,
Dəyişilib Sevincin səs tonu, hey.
Kayıt Tarihi : 30.6.2018 13:21:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!