Qəm dağının yolu dolay,
Ora çıxan salır haray.
Zirvəsində tikdim saray,
Divarlar bumbuz oldu.
Dərd əlindənoldum kölə,
Dostum yox ki,dərdim bölə.
Göz yaşlarım axdı gölə,
Üzü ağappaq duz oldu.
Mən üz tutdum tək Allaha,
Ki rəhm etsin qəlbdə aha.
Eşitdim ki yoxsan daha,
Qəm-kədərim sonsuz oldu.
Kayıt Tarihi : 14.6.2018 20:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/sonsuz-oldu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!