Bəzən müdrik bir fikirə.
Sən istehza edərsən.
Özümə yuva tikərəm,
Sən uzağa gedərsən.
O qədər uzaqlara ki.
Səsin, sədan da gəlməz.
Dözərsən sazaqlara ki,
Eşqə fədan da gəlməz.
Danışıb da dinməyirsən,
Sanki donub qalmısan.
Pullarını çinləyirsən.
Vara qonub qalmısan.
Sanırsan ki bu var-dövlət,
Səni xoşbəxt edəcək.
Bilmədin ki tək məhəbbət.
Sona qədər gedəcək.
Bal yuxudan ayılsa da,
Gözləri yuxuludur.
Ilk eşqindən ayrılsa da,
Sözləri qoxuludur.
Sona çatıb intizarı,
Bəlkə belə deyildir.
Bağlanıbdır eşq bazarı,
Vüsal aciz, veyildir.
07.05.2018
Kayıt Tarihi : 7.5.2018 18:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!