Şən duyğular şəhərimin.
Təməli çox nəm olubdur.
Düyünlənən qəhərimin,
Göz yaşları kəm olubdur.
Gecənin daş zülmətindən.
Bəzən gec açılır səhər.
Ayrılığın hikmətindən,
Günəşdən görmürük bəhər.
Tanrım, göstər son ünvanı,
Bəlkə gedib çıxa bildim.
Dost tək ərk edən zamanın,
Əllərini sıxa bildim.
Kayıt Tarihi : 1.11.2019 15:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!