Yağış izini örtdü,
Torpaq dizini örtdü.
Vüsal üzünü örtdü,
Ayrılıqdan yaşındı.
Özüyçün gedir zaman,
Heç vermir bizə aman.
Haray-həşirdi yaman,
Yaram yeri qaşındı.
Buraxıb cah-cəlalı,
Sevdim dərdi-məlalı.
Gördü başım bəlalı,
Qəm fikrindən daşındı.
Üstünə hey su damır,
Dərd unum oldu xamır.
Yupyumşaq yaşıl mamır,
Bu qayanın,daşındı.
Mən tarixə davamam,
Qocalığı qovamam.
Sən ha de ki cavanam.
Son söz əlli yaşındı.
Kayıt Tarihi : 19.6.2018 08:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!