Son söz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Son söz

Neynəyim, nə edim, getməliyəm mən,
Bu dəli sevdanın sonu olmalı.
Ağılın dediyin etməliyəm mən,
Vəslin hər fəsildə donu olmalı.

Başımın üstündə “sadiq”tanışlar
Görmürsən, necə də yanıyır məni.
O gözü tökülmüş, dili yanmışlar
Artıq Leyla kimi tanıyır məni.

Bütün bu yalanın, bu iftiranın
Doğru olmadığı tək bizə bəlli.
Əqrəblər hey gedir, son vida anı,
Mən sənə, sən mənə verək təsəlli.

Biz uşaq deyilik, bilək bu vida,
Sevginin sonuncu nöqtəsi oldu.
Ağlama əzizim, deyən əlvida
Taleyin amansız diqtəsi oldu.

Getsəm də qalacam səndən nigaran,
Səni anacağam hər addımbaşı.
O zirvə mənimdir: başı ağaran,
Artıq qara dönüb gözümün yaşı.

Uzaqdan baxmaqmış günahımız ki,
Bəs biz görüşsəydik nə olardı, nə.
Allahdan savayı pənahımız kim,
Sevgimiz olubdur canlı əfsanə.

O vaxtsız sevdanı gözündən duydum,
Sənin hər baxışın bir kəlmə sözdü.
O baxtsız sevdanın özündən duydum,
Qəlbin ağrısına ər kimi dözdün.

Illər aramıza saldı hicranı,
Sən mənə yad olan bir diyardasan.
Bir gün mənim üçün gələr əcr anı,
Hələ ki təkcə sən etibardasan.

Nə edim, qurtarmır yazdığım şeir,
Sənə son söz demək mənə çətindir.
Məni ruhlandıran ay-ulduz deyil,
O nakam sevgiyə sədaqətimdir.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu