Dünyanı görk eyləmə,
Bu qədər ərk eyləmə.
Gülüşü tərk eyləmə,
Vallah yaman sıxıldım.
Düşdüm çay bərəsindən,
Bezdim qəm nərəsindən.
Taleyin zərbəsindən,
Mən bölündüm, çıxıldım.
Sözümü bəyənmədi.
Xətrinə dəyəmmədim.
Ilk rüzgar əyəmmədi.
Son rüzgardan yıxıldım.
11.04.2019
Kayıt Tarihi : 12.4.2019 10:20:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!