Son neğme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Son neğme

Arada körpünü uçurma, nolar,
Qəlbə qəm şərbətin içirmə, nolar.
O qara gözünü qaçırma, nolar,
Bilirsən, sevirəm hələ də səni.

Dünyanın səsləri dayana dursun,
Vüsalın rənginə boyana dursun.
Ətirli qızılgül oyana dursun,
Sənə bağışlaram tər yasəməni.

Ayrılıq zalımı önlə, qulaq as,
Nə ağla, nə də ki inlə, qulaq as.
Otur, sonunacan dinlə, qulaq as.
Səninçün çalıram bu son nəğməni.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2020 10:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu