Son mektub Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Son mektub

Yadındamı son məktubun,
Nə yazmışdın orda sən.
Gözlərimi niyə qoydun,
Gözüyaşlı torda sən.

Deyirdin ki vurulmusan,
Başqa bir gözələ sən.
Yan tərəfə burulmusan,
Yoluna çıxanda mən.

Deyirdilər o qız mənim,
Əlimə su tökəmməz.
Mən əkdiyim çiçəklərin,
Birini də əkəmməz.

Bəs nəyinə aşiq olub,
Ayranıydın o qızın.
Kərəm kimi aşiq olub,
Heyranıydın oqızın

Verə bilməz onu bil ki
Heç kim yerimi mənim.
Bu eşqinin sonu bil ki,
Olacaq sənə qənim.

Bir gün geri qayıdaraq,
Qapımızı döydün sən.
Keçmişini oyadaraq,
Öz-özünə söydün sən.

Necə bağışlayım,söylə
Belə böyük səhvini.
Sən yazmısan öz əlinlə,
Öz hökmünü-məhvini.

Getməyinlə qayıtmağın,
Bir il çəkdi arası.
Mümkün deyil sağaltmağın,
Dərin hocran yarası.

Unut məni,elə bil ki
Tanımamısan məni.
Göz yaşını gizli sil ki,
Görməsinlər heç səni.

Yuya bilərmi göz yaşı,
Ən böyük günahını.
Hicranı qəlbində daşı,
Eşitməyim ahını.

Çünki mənim fəryadımı.
Eşitmədin bir zaman.
Yaddaşından sil adımı,
Diləmə məndən aman.

Aman yoxdur sənin kimi,
Əhdin danan namərdə.
Olub qəlbimin hakimi,
Könül vermişəm mərdə.

Uca tutub ismətimi,
Boylanmaram keçmişə.
Tapmışam öz qismətimi,
Qoruyaram həmişə.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu