Gözü ilə açar sübhün danını,
Heç bilməz ki hara qoysun canını.
Xəyal edər nağıl tək hər anını,
Son görüşün həsrətində olanlar.
Tale deyən öz sözünü tutmamış,
Ağrısını, acısını udmamış.
Ilk görüşün şirinliyin dadmamış,
Son görüşün həsrətindən ölənlər.
Soruşsan əsrdən çox olar yaşı,
Qucaqlar buz tək mərmər baş daşın,
Içinə axıdar soyuq göz yaşın,
Son görüşün həsrətin də bölənlər.
25.05.2018
Kayıt Tarihi : 4.6.2018 08:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!