Üz-üzə dayandıq sədasız, səssiz
Üz-üzə dayandıq xeyir-şər kimi.
Təkcə baxışımız görüşdü bizim,
Yarpaq tək gizlicə öpüşər kimi.
Deyirdim, gələndə sevinəcəyəm,
Indi səsim çıxmır lal meşə kimi.
Səninlə mehriban görüşəcəyəm,
Boynumu burmuşam bənövşə kimi.
Sənin gözlərində gizli təbəssüm,
Mənim gözlərimdə qəzəb, kin vardı.
Bir vaxt çatammadı səsinə ünüm,
Mənim səndən başqa de, kimim vardı.
Özünü göylərə qaldırdın o vaxt,
Özünü yenilməz hiss eləyirdin.
Səninçün qurmuşdu o, bəzəkli taxt,
Bilmirdin kədər nə,qəm-qüssə nədir.
Mən isə daiam qübar,,kədərqəm
İçində üzürdüm sonalar kimi.
Gözlərdim yolunu hər axşam, səhər
Bizim eşqimizin sonu var kimi.
Sonra eşitdim ki...Deyə bilmirəm,
Özün ki bilirsən günahlarını.
Indi fikirlisən gözlərində qəm,
Sən bir heç eylədin gümanlarımı.
“Bağışla2-deyirsən ağlar bir səslə.
“Bağışla”-deyirsən.Asandır demək.
Sən məni nə çağır, nə də ki səslə,
Xəyanəti heç vaxt unutmaz ürək.
Kayıt Tarihi : 9.12.2023 08:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!