Son baharım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Son baharım

Bu son bahar çox gözlədim yolunu,
Elə getdin, qayıtmadın geriyə.
Özü ilə gətirdi qar-dolunu,
Qış qəlbimin üstündəcə yeriyər.

Yada düşər xatirələr oylağı,
Nə gəlişin, nə gedişin bilindi.
Su işdiyim soyuq qızlar bulağı,
Indi yəqin həsrətimdən ilindi.

Gözlərimi dikib qaldım yollara,
Sən dönmədin, dönəmmədin əzizim.
Görən səni aparıbdır yol hara?
Alovlandım, sönəmmədim əzizim.

Indi daha sənsiz gələn gecələr,
Yaddaşımda xoş duyğular oyatmır.
Söz dediyin yerə qədər incələr,
Ürəyimi əlvan rəngə boyatmır.

Sadələrin sadəsiydin bir zaman,
Nələr oldu, nəıər keçdi.Dəyişdin.
Gəl yalandan eyləmə sən and-aman,
Öz-özünə düşmən oldun, əyişdin.

Hanı mənə söz verdiyin vədələr,
Birisi də keçəmmədi həyata.
Göz yaşıyla dolub daşdı didələr,
Kaş arzular uşaq kimi boy ata.

Bəlkə onda gözlərinə görünə,
Görəsən ki nə müqəddəs arzum var.
Ümidlərim sözlərinə hörülə,
Yağmaya heç üstünəcə dolu, qar.

Mənim sənli günlərimin tablosu,
Deyən naşı rəssamın əl işidir.
Qənaətim budur sözün doğrusu,
Öz əhdinə sadiq olan kişidir...

Sevinc Arzulu
Kayıt Tarihi : 30.12.2019 06:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu