Sol küncüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sol küncüm

Bağında ərik olmadı,
Dağda üzərrik olmadı
Bir dəfə şərik olmadın,
Sevincimə, sevincimə.

Şeirə ad olduğuma,
Gülərüz, şad olduğuma.
Bu qədər yad olduğuma,
Gəl incimə, gəl incimə.

Deyən yaşamdan doyubdu,
Vüsalın gözün oyubdu.
Nədən fələk əl qoyubdu
Ən dincimə, ən dincimə.

Sən yarının bir danəsi,
Sevdasının nişanəsi,
Nə olar ki qum dənəsi,
Dön incimə, dön incimə.

Dəli sellər yolu vurdu,
Qopdu tufan, dolu vurdu.
Əzrail də qolu vurdu,
Sol küncümə, sol küncümə.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu