Şöhret Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şöhret


Dünyamız bürünər dumana, çənə,
Lalələr, nərgizlər dərərəm sənə.
Ən gözəl duyğular bəxş etdin mənə,
Budur əsl sevgi, əsl məhəbbət.

Müharibə dünyaya qan-qırğın salır,
Ayrılıq nəğməsin astaca çalır.
Tanrı verdiyini sonunda alır,
Edir diqtəsini İlahi qüdrət.

Dığlar qoydular Vətəni viran,
Qəhrəman igidlər durmadı bir an.
Azadlıq yolunda getdilər qurban,
Analar, atalar qaldılar həsrət..

Ümidim səhərin danında imiş,
Vətənə sevgisi qanında imiş.
Oğulun-uşağın yanında imiş,
Sən demə bundaymış gülüm, səadət.

Yaxında itirdin əziz bacını,
Tapmadın həsrətin lal əlacını.
Qəlbində gizlədib ağrı-acını,
Şəhid Fuadına qovuşdu Şöhrət.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 11:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!