Xəzriyə sinəsin gərib dalğalar,
O kövrək dalğalar, zərif dalğalar.
Edərək hüsnünü tərif dalğalar,
Üstümə-üstümə gəlirlər həmən,
Dolub dayanıram sən güləndə mən.
Bilirəm, gülüşün mərhəm kimidir,
Yaralı qəlbimə məlhəm kimidir.
Bir qədər sirlidir, mübhəm kimidir.
Dostu mdur arabir, yad olur hərdən.
Dolub dayanıram sən güləndə mən.
Sən gülsən qaralıb tüstü oluram,
Kədərin ən çirkin büstü oluram.
Sevdanın xəstəsi, süstü oluram,
Bir kimsə olmayər dərdimə həmdəm,
Dolub dayanıram sən güləndə mən.
Kayıt Tarihi : 29.4.2018 16:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!