O, Tanrının ətası,
Ağır olmaz xətası.
Sevər ana-atası,
Deməz bircə yalan, qız
Skripka çalan qız.
Müəllim yaman səhv etdi,
Sakitliyi məhv etdi.
Sonda yeni cəhd etdi,
Oldu sənə qalan, qız.
Skripka çalan qız.
Duman qalxdı, sis oldu,
Tüstü baxdı, his oldu.
Sən ağladın, pis oldu,
Arzu, Sevinc xalan, qız.
Skripka çalan qız.
Uca tutdun qayəni,
Oxuduq hekayəni.
Sağ olsun Məleykəni,
O sahmana salan, qız
Skripka çalan qız.
Uyub əlvan boyaya,
Sevin şirin röyaya.
Inanma bu dünyaya,
Bəzən ağlar, nalan, qız.
Skripka çalan qız.
Su olub dağlardan ax,
Şimşək tək səmada çax.
Çaldığın Motsart, Bax,
Xəyallara dalan qız,
Skripka çalan qız.
Yağdırma qar-dolunu,
Gül bəzəsin kolunu.
Çox gözləyir yolunu,
Doğma döngə-dalan, qız.
Skripka çalan qız.
Qoy gözəllik tacını,
Görmə ağrı-acını.
Sev İlahə bacını,
Yaşıllaşsın talan, qız.
Skripka çalan qız.
Tanrının lütf eşqisən,
Gözəllik aşiqisən.
Özün də musiqisən,
Məni məndən alan qız
Skripka çalan qız.
Çal yenə də nəğməni,
Heyran eylə sən məni.
Sevirsən yasəməni,
Açılıbdır lalan, qız.
Gül açsın çöl, talan qız.
Skripka çalan qız.
Ömür boyu xoşbəxt ol,
Fərəh ilə yaşa dol.
Uğurların olsun bol,
Mükafatın kalan, qız.
Gül açsın çöl, talan qız.
Skripka çalan qız.
Kayıt Tarihi : 6.10.2020 11:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!