Günü dərdlə ötüşənin,
Yoxsa haya yetişəni.
Acı sevdaya düşənin,
Sonu heç vaxt pis olmasın.
Olacaqda çıraq yansa,
Gözdən uzaq, iraq yansa,
Qəlbimdə od –ocaq yansa,
Damarlarım his olmasın.
Tək Tanrıya qul, nökərsəm,
Gül dibinə qəm tökərsəm.
Sənsizlikdən ah çəkərsəm,
Göylər duman, sis olmasın.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:38:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!