Alqışlar altında don,
Bu da final.Bu da son.
Olacaqdır çempion,
Bizim Şirvan Kürdəmir.
Səni oyunda görək,
Dəfnədən çələng hörək.
Heç zaman dəyməz yerə,
Dizin,Şirvan Kürdəmir.
Oyunlar olacaqdır,
Tribuna dolacaqdır.
Tarixdə qalacaqdır,
Izin, Şirvan Kürdəmir.
Rəqiblər qarışır, bax,
Zəfərçün yarışır bax.
Yenidən alışır,bax,
Közün, Şirvan Kürdəmir.
Öz yerini alacaq,
Gözlərimiz dolacaq.
Dildə dastan olacaq,
Sözün, Şirvan Kürdəmir.
Kayıt Tarihi : 29.8.2021 09:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!