Vüsalın yolu daralıb,
Ensiz cığırı qar alıb.
Həsrətdən yanıb qaralıb,
Azca bişir ürəyimi.
Nədir görəsən əsili,
Tez gəldi payız fəsili.
Qalıbdır ipdən asılı,
Yerə düşür ürəyimi.
Ayrılığın öcü kimin,
Sarsılmayan gücü kimin.
Nə yazıq ki cücü kimi,
Hicran eşir ürəyimi.
Ay gözü kor,dili də lal,
Kölgə kimi qara xəyal.
Cavabı olmayan sual,
Yaman deşir ürəyimi.
Haqsızlığa susar, dinməz,
Namərd göz yaşını silməz.
Yolundan çıxarda bilməz,
Haray-həşir, ürəyimi.
Qara matəmə uyacaq,
Hisslərimi nə duyacaq.
Soyuq su ilə yuyacaq,
Bir mürdəşir ürəyimi.
Ötənləri daha anma,
Oduna alışıb yanma.
Balaca bir pişik sanma,
Sən mənim şir ürəyimi.
Kayıt Tarihi : 6.4.2025 09:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!