O sınıq pəncərədən,
Mən dünyanı görürəm,
Fikrimdə,xəyallardan
Qızıl çələng hörürəm.
O gül də tək-tənhadır,
Yalqızdır mənim kimi.
Getdin, izlərin qaldı,
Eşqimə qənim kimi.
Payızın sərt küləyindən,
Tül uçar pəncərəmdən.
Saf arzumdan, diləyimdən
Gül açar pəncərəm də...
Kayıt Tarihi : 8.10.2019 06:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!