Bilirsənmi,
Sinəmdəki bu sancılar var ha,
Bu sancılar
Cücərmək istəyən küknar ağaclarının tərpənişidir
Toxum dənələri qabığını çatladır…
Gözlərimi yumuram nəfəsimi içimə çəkərkən,
Şirəli yaşıllığı gözlərimə dolur budaqların,
Bir də
Kəskin ətir
Duyuram...
Amma bu sonra olacaq...
İndi tez-tez
Əlimi tumurcuqların üstünə-sinəmə qoyuram
Və
Orda yeni bir həyat başlamaqdadır...
Sən...
Qorxma sən...
Sinəmdəki sancılar
Doğuş ağrısı kimi olacaq sonra, müqəddəs və fərəhli...
…Mən ölməyəcəyəm ki,
Sinəmdən küknar meşəsi göyərəcək...
Kayıt Tarihi : 18.8.2017 15:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Hikayesi:
Uzun bir hikaye...
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!